12 
Dek
2018
10:32
298
23
13064
Virtual karabakh

Mahaçqalada sürücü pəncərədən yıxılan qızı xilas etdi - VİDEO

12 Dek, 2018
10:32
13064

Mahaçqalada sürücü pəncərədən yıxılan qızı xilas etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beş yaşlı Aişə anası mağazaya getdikdən sonra pəncərədən asılı qalıb. Bu an nahar fasiləsindən qayıdan Mahaçqalanın 4 saylı marşrut taksisinin sürücüsü Tahir Maqomedov və dispetçer Aydəmir Kuyduyev yaxınlıqdan keçirdilər. Qızcığaz 17 kq çəkiyə malik olduğundan Tahir və Aydəmir öz sağlamlıqlarını və həyatlarını təhlükəyə atıblar.

Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki, onlar beşinci mərtəbədən yıxılan uşağı tuta biliblər.

Belə ki, Tahir nahar fasiləsindən qayıdarkən beş yaşlı qızın karnizdən əlləri ilə tutub asılı qaldığını görüb və Aydəmiri köməyə çağırıb. Aişəni tutmağa çalışarkən Aydəmirin əli çıxıb. Qızın isə ayaqları yerə dəydiyinə görə cüzi zədələr alıb. İki dost uşağı anasına təhvil verdikdən sonra yollarına davam ediblər.

Hazırda uşaq valideynləri ilə birlikdədir. Aişənin xilas olunma anı binada quraşdırılan videomüşahidə kamerasının yaddaşına həkk olunub.

 

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri