Yan
2019
23:16
90
132
11730
Virtual karabakh

2019-un ən çox gözlənilən beş oyunu - VİDEO

5 Yan, 2019
23:16
11730

2019-un ən çox gözlənilən beş oyunu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“The Washington Post” 2019-cu ildə ən çox gözlənilən videooyunların siyahısını hazırlayıb.

Oxu.Az xəbər verir ki, oyunlar toplusuna populyar oyun silsilələrindən olan sikvellər də daxil edilib.

“The Washington Post”un versiyasına görə, 2019-cu ildə satışa çıxarılacaq ən populyar oyunların beşliyinə “The Last of Us” oyununun ikinci hissəsi salınıb. Oyunun relizi 2019-cu ilin üçüncü rübünə nəzərdə tutulub. Oyun yalnız Playstation 4 konsolları üçün nəzərdə tulub.

Jurnalistlər siyahıya  4A Games studiyasının rusiyalı yazıçı Dmitri Qluxovskinin romanının motivləri əsasında  yaratdığı “Metro” oyununun sikvelini (Metro: Exodus) daxil edib. Oyun gələn ay bazarlara yol tapacaq.

Siyahıya “Ori and the Will of the Wisps” tapmaca oyunu, “Sekiro: Shadows Die Twice” kəskin süjetli yapon ekşın oyunu və macarə-komediya janrında olan “Afterparty” oyunu daxil edilib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri