Yan
2019
19:45
66
156
34769
Virtual karabakh

Alimlər “poxmel”ə qarşı ən yaxşı vasitəni müəyyən etdilər

5 Yan, 2019
19:45
34769

Alimlər “poxmel”ə qarşı ən yaxşı vasitəni müəyyən etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin Sun Yatsen Universitetinin alimləri “poxmel”lə (alkoqollu içkilərdən sui istifadə zamanı yaranan postintoksikasiya vəziyyəti) ən effektli mübarizə aparan içkini müəyyən ediblər.

Oxu.Az REN TV-yə istinadən xəbər verir ki, mütəxəssislərin araşdırmalarına görə, limon şirəsi ilə qazlı su digər vasitələrlə müqayisədə “poxmel”in əlamətlərini daha yaxşı aradan qaldırır.

Bu içkilərin qarışığı orqanizmdə alkoqolun parçalanmasına və xaric edilməsinə cavabdeh olan fermentləri aktivləşdirir.  

Qazlı su ilə limon asetaldehidin konsentrasiyasını azaltmağa kömək edir. Bu maddənin miqdarı orqanizmdə spirtli içki qəbul etdikdən sonra artır və insanın özünü yaxşı hiss etməsinə mənfi təsir göstərir.

Alimlər qeyd ediblər ki, “poxmel” sindromunun yaranmasına səbəb təkcə qəbul edilən alkoqolun miqdarı deyil, onun orqanizm təfərindən gec “sovurulmasıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri