16 
Yan
2019
14:11
26
270
9206
Virtual karabakh

İngilis teleaparıcı 62-ci əməliyyatını keçirdi - FOTO

16 Yan, 2019
14:11
9206

İngilis teleaparıcı 62-ci əməliyyatını keçirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oyuncaq Kenə bənzəmək sevdası ilə dəfələrlə estetik əməliyyat üçün bıçaq altına yatan 35 yaşlı Braziliya doğumlu ingilis televiziya ulduzu Rodriqo Alvez 62-ci əməliyyatını keçirmək üçün İrana gedib.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhnədə gözəl görünmək istədiyini bildirərən Rodriqo həkimlərin çox əməliyyat keçirməyin təhlükəsilə bağlı xəbərdarlığına məhəl qoymur.

Bu dəfə Ken 62-ci estetik əməliyyatını keçirmək üçün İranda bir xəstəxanaya yerləşib.

Üz cizgilərinin çox kəskin olmasından və üzünün böyük görünməsindən şikayət edən Ken bu dəfə çənə implantını yeniləyib və gözlərində dəyişiklik edib.

Alvez sonuncu dəfə 2019-cu ildə “Avroviziya” musiqi yarışmasına qatılmaq üçün Braziliya ombası etdirməsi ilə gündəmə gəlmişdi.

Keçirdiyi əməliyyatlara və müxtəlif kosmetik proseduralara Alvez 500 min funtdan çox (1 milyon 90 min azn - red.) pul xərcləyib.

Xəstəxanadakı anlarını öz “Instagram” hesabından paylaşan Alvez keçirdiyi əməliyyatlara görə olduqca xoşbəxt görünür.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri