17 
Yan
2019
17:11
17
90
6194
Virtual karabakh

“iPhone”dakı şəkilləri inadkar qohumlardan necə gizlətmək olar?

17 Yan, 2019
17:11
6194

“iPhone”dakı şəkilləri inadkar qohumlardan necə gizlətmək olar?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ZDNet” ekspertləri dostların və ya qohumların istifadəçinin smartfonundakı şəxsi məlumatları oxumaması və ya şəxsi şəkillərə baxmaması üçün “iPhone”a “ağıllı” şifrə qoymağı tövsiyə edir.

Oxu.Az xəbər verir ki, bu barədə Life.ru məlumat yayıb.

Bu, başlıca olaraq yaxınların və qohumların smartfona baxmaqda inad göstərdiyi vaxt istifadəçinin buna etiraz edə bilmədiyi hallara aiddir.

Dostların və qohumların sizin fotolara baxmaması, sosial şəbəkə hesablarına daxil olmaması və ya brauzerin tarixçəsini (daxil olunan saytların arxivi) araşdırmaması üçün ekran vaxtının hesablanması funksiyasından (ScreenTime) istifadəni tövsiyə edib. Bu funksiyanın ayarlarında müəyyən müddətə istənilən tətbiqə, məsələn, Qalereyaya şifrə qoymaq olur.

Apple Screen Time-da məqsəd istifadəçiləri rəqəmsal asılılıqdan müdafiə etməkdir. Lakin  “ZDNet” ekspertlərinin hesablamalarına görə, ondan şəxsi məlumatların qorunması məqsədilə də yararlanmaq olar. Bu funksiyanın köklənməsindən sonra onu aktivləşdirib, smartfonu inadkar qohuma vermək olar.

Qeyd edək ki, Screen Time funksiyası ötən ilin payızında çıxan iOs 12 əməliyat sisteminin yeni versiyasında peyda olub. Yeni tətbiq istifadəçilərin qadjetin ekranı arxasında az vaxt keçirməsinə kömək olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri