19 
Yan
2019
16:14
48
472
16108
Virtual karabakh

İran “Polad Ələmdar”ı terrorçuluqda ittiham etdi - FOTO

19 Yan, 2019
16:14
16108

İran “Polad Ələmdar”ı terrorçuluqda ittiham etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Münbiçdə bir restoranda meydana gələn partlayışı Tükiyənin üzərinə yıxmağa çalışan PKK ağlasığmaz cəhdlər edərkən, İran da bu komediyaya dəstək verib.

Oxu.Az xəbər verir ki, Münbiçdə ABŞ əsgərlərinin keçidi zamanı bir restoranda partlayış baş vermiş, PKK-lıların nəzarətində olan bu bölgədə yaşanmış hadisədə məsuliyyət Türkiyənin üzərinə atılmağa çalışılmışdı.

Saxta propaqanda ilə məşğul olan terrorçular “Qurdlar vadisi” serialının qəhrəmanı “Polad Ələmdar”ı partlayışın səbəbkarı olaraq göstərməyə çalışıb. İran dövlət yayım orqanı olan “Press TV” isə bu iddiaları gerçək kimi xəbərə çevirib.

İran rəsmi xəbər agentliyi “Qurdlar vadisi” serialının baş qəhrəmanı “Polad Ələmdar”ın rolunu canlandıran aktyor Necati Şaşmaz Türkiyə Milli Təhlükəsizlik Təşkilatının agenti kimi təqdim edilib və saxta məlumat doğru xəbər kimi paylaşıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri