30 
Yan
2019
00:24
123
21
6683
Virtual karabakh

Dünyada ən kinogenik universitetlər - FOTO

30 Yan, 2019
00:24
6683

Dünyada ən kinogenik universitetlər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya universitetləri təkcə inkişaf etmiş təhsil sistemləri ilə yox, həm də kinogenik olmaları ilə məşhurdur. Onlardan çoxu dəfələrlə ekranlarda: reklam çarxlarında, teleserial və ya filmlərdə görünüb.

Oxu.Az Lenta.ru-ya istinadən ən kinogenik universitetləri təqdim edir:

Kembric Universiteti (University of  Cambridge)

“Kembric Universiteti”nin divarları arxasındakı həyat Britaniya kinematoqraflarının ən sevdiklərindəndir. Son işlərdən Stiven Hokinqin həyatı haqda olan romantik dram “The Theory of Everything”i xatırlamaq olar. Film məşhur fizikin Kembricdəki tələbəlik illərindən və orada gələcək həyat yoldaşı Ceyn Vayld (Felisiti Cons) ilə tanış olmağından bəhs edir. Səhnələrdən birində professor Denis Siam Hokinqə Kavendiş laboratoriyasının – Kembricin fizika fakültəsinin açarlarını verir. Filmdə “Queen’s Green” parkını, universitetin tennis meydanı “The New Court lawn” və “Kitchen bridge”(“Mətbəx körpüsü”) – Stiven və Ceynin baldan sonrakı rəqslərinin baş tutduğu yeri görmək olur. 



“Kembric Universiteti” – “Oksford”dan sonra Böyük Britaniyanın ən qədim universitetidir. “Kembric” Nobel laueratı məzunlarının sayına görə birincidir.



“Oksford Universiteti” (“University of Oxford”)

Böyük Britaniyanın ən qədim universiteti kino və televiziyalarda 50 dəfədən çox görünüb. Ən məşhurlardan “Harry Potter”in üç seriyası, “Əsgər Rayanı xilas etmək”, “Qızıl kompas”, “Braydsxedə qayıdış”, “Hisslərin tərbiyəsi”, “Alisa möcüzələr diyarında”, “İks adamlar: Birinci dərəcə” və “Transformerlər: Sonuncu cəngavər”i xatırlamaq olar. “The Bodleain Library” kitabxanası, “Christ Church’s Dining Hall” yeməkxanası, Şeldon Teatrı isə məşhur məkanlardandır.



Hazırda “Oksford Universiteti” tələbələrin yarısının digər ölkələrdən gəldiyi 38 kollecdən ibarətdir. 



“London Universitet Kolleci” (“University College London”) 

“London Universitet Kolleci” iyirmidən çox filmin çəkiliş meydançası olub. Ən tanınmışları içində Kristofer Nolanın “Başlanğıc” (“İnception”), Betmen haqda olan trilogiyasını qeyd etmək olar. “Başlanğıc”da Kobb (Leonardo Di Kaprio) ilə Maylzın (Maykl Keyn) görüşü bu universitetin auditoriyasında baş verir. Kobb Ariadno (Ellen Peyc) ilə də UCL-nin divarları arxasında – “Flaxman Gallery” incəsənət muzeyində tanış olur. Filmdə həmçinin universitetin kitabxanası və əsas binanın fasadını görmək olar.



Nolan UCL-də Betmen haqda olan filmləri də çəkib. Xüsusən də trilogiyanın birinci hissəsi – “Betmen: Başlanğıc”da çoxlu səhnələr var. Filmdə həmçinin universitetin elmi kitabxanası – “DMS Watson library”ni görmək olar.

“London Universitet Kolleci” 1826-cı ildə yaradılıb və bir çox başlanğıcların ilki sayılır. Burada ilk dəfə müxtəlif inancları olan tələbələrin qəbulu baş verib, ilk dəfə siyasət və iqtisadiyyat fakültələri açılıb. Bu gün o həmçinin London nanotexnologiya mərkəzi olaraq tanınır.

“Qlazqo Universiteti” (“University of Glasgow”)

Son 15 ildə kinoçəkilişlər “Qlazqo”ya 250 milyon funtdan çox qazanc gətirib. 2011-ci ildə burada Tom Tıkver və Vaçovskinin rejissorluğu ilə “Buludlu atlas” filmi çəkilib.



“Qlazqo Universiteti” Şotlandiyanın ən araşdırılan universitetlərindən biridir, dörd kollecdən ibarətdir: incəsənət kolleci, tibb kolleci, baytarlıq və təbii elmlər kolleci, texniki kollec və sosial elmlər kolleci.

“Edinburq Universiteti” (“The University of Edinburgh”)

“Edinburq” Anna Heytvey və Cim Stercessin rol oynadığı “Bir gün” (2011) melodramasının çəkiliş məkanıdır. Süjetə görə, baş rolda olan Emma və Dekster Edinburq Universitetinin məzunlarıdır. Onlar 1988-ci ilin məzun gecəsində tanış olurlar. Filmdə universitet ətrafında çoxlu küçə gəzintiləri çəkilib. 



Hər il bu universitetə 60 mindən çox insan sənədlərini verir.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri