31 
Yan
2019
15:42
94
39
12052
Virtual karabakh

Sərhədsiz sevgi: qısqanclıq gənc qızın həyatını dəyişdi - FOTO

31 Yan, 2019
15:42
12052

Sərhədsiz sevgi: qısqanclıq gənc qızın həyatını dəyişdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya sakini üçün güclü sevgi və qısqanclıq ölümcül xəstəliyin vaxtında aşkarlanmasına kömək olub. 

Oxu.Az xəbər verir ki, 20 yaşlı britaniyalı İvi Mur xəstəliyi ilə bağlı qeyri-adi hekayəsini “Daily Mail” nəşrinə danışıb.

Qlosterşir qraflığının Straud şəhər sakini Mur 2015-ci ildə gənc sevgilisinin ona xəyanət etməsindən və başqa qızlarla yazışmasından şübhələnib. Mur az qala paranoyaya qurşanıb və daima təlaş içində olub, göz yaşlarını saxlaya bilməyib.

Sentyabr ayında sevgilisi evdə olmayanda qripə tutulub və valideynlərinə zəng vurub. Ata-anası onun səsindən halının yaxşı olmadığını müəyyən ediblər. Vaxtında təcili yardım çağırıb, qızlarının həyatını xilas ediblər. Ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Mur iki gün komada olub. Komatoz vəziyyətdən çıxdıqda valideynlərini tanımayıb. Onu tezliklə xəstəxanadan buraxıb, ambulator müalicə üçün evə göndəriblər.

Bir neçə gündən sonra İ.Mur özünü yenidən qəribə aparmağa başlayıb. Mənzili tərk etməkdən qorxub, televizorda göstərilənlərin onun tərəfindən yaşandığını sanıb. Bir gün vəziyyət o həddə çatıb ki, yuxudan oyanaraq, həyatda olan anasının öldüyünü israr edib. Gənci yenidən xəstəxanaya yerləşdiriblər. Ona psixoz diaqnozu qoyulub. Sonrada məlum olub ki, Murun qarabasmaları və şüurunun reallıqdan yayınması ensefalitlə əlaqəli olub.

Xəstəxanada müalicə aldığı müddətdə sevgilisi onunla ayrılmaq istədiyini bildirib. Ancaq valideynləri ona dəstək olmağa davam edib. İ.Mur doqquz həftədən sonra evə buraxılıb. Xəstəxanada olduğu müddətdə həkimlərin beynin qidalanması üçün yeritdiyi steroidlərə görə 40 kiloqram çəki yığıb.

Hazırda İ.Mur turizm agentliyində işləyir və onu olduğu kimi qəbul edən yeni sevgilisi var. Mur xəstəliyin onun şəxsiyyətini dəyişdiyinə inanır.  

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri