Apr
2019
10:18
25
345
14397
Virtual karabakh

Səkkizinci sinif şagirdi hamilə olduğunu doğuş zamanı öyrəndi

9 Apr, 2019
10:18
14397

Səkkizinci sinif şagirdi hamilə olduğunu doğuş zamanı öyrəndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada paytaxt məktəblərinin birində oxuyan səkkizinci sinif şagirdi ev şəraitində körpə dünyaya gətirib.

Bu barədə “Moskovskiy Komsomolets” yazır.

Nəşrin məlumatına görə, nə 14 yaşlı qızın valideynləri, nə də yeniyetmə özü hamilə olduğunun fərqində olub.

Şagird aprelin 8-də gecə radələrində kəskin qarın ağrılarına görə anasını yuxudan oyadıb. Valideynlər təcili tibbi yardım maşını çağırıb. Yarım saatdan sonra onların qızı 2100 qram çəkidə qız dünyaya gətirib. Gənc ananı və körpəni doğum evinə yerləşdiriblər.

Məsələ ilə bağlı onun valideynləri polis bölməsinə çağırılıb. Onlar qızın oxuyan uşaq olduğunu və polis məktəbinə qəbul üçün hazırlaşdığını bildirib. Valideynlərin ifadəsinə görə, qızları mart ayında məktəbdə tibbi müayinədən keçsə də, həkimlər də onun hamilə olduğundan şübhəyə düşməyib. Bundan başqa, ananın sözlərinə görə, qızın hətta normal menstruasiyası olub.

Onlar qıza qarşı Rusiya Cinayət Məcəlləsinin 134-cü maddəsinin (yetkinlik yaşına çatmamış şəxslə cinsi əlaqə və ya başqa seksual hərəkətlər) tələblərini pozmuş kişinin kimliyini açıqlamaqdan imtina ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri