13 
Apr
2019
23:30
285
63
25024
Virtual karabakh

Dünyanın ən nəhəng təyyarəsi ilk dəfə havaya qalxdı – VİDEO

13 Apr, 2019
23:30
25024

Dünyanın ən nəhəng təyyarəsi ilk dəfə havaya qalxdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən nəhəng təyyarəsi sayılan “Stratolaunch” ilk dəfə havaya qalxıb.

Nümayiş xarakterli uçuşun videosu özünün YouTube kanalında spotter Cek Beyer yerləşdirib.

“Stratolaunch Systems” şirkətinin istehsal etdiyi nəhəng təyyarə Kaliforniyada havaya qalxıb.

Təyyarənin uzunluğu 73 metr, qanadının uzunluğu isə 117 metr təşkil edir.

Təyyarə altı mühərriklə təchiz edilib.

“Stratolaunch” havaya 226 ton yük qaldıra bilir.

Qeyd edək ki, “Stratolaunch Systems” şirkəti 2011-ci ildə “Microsoft”un həmtəsisçisi Pol Allen və konstruktor Bert Rutan tərəfindən yaradılıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri