16 
Apr
2019
09:41
183
19
5127
Virtual karabakh

Əlili ən son anda ölümdən qurtardılar - VİDEO

16 Apr, 2019
09:41
5127

Əlili ən son anda ölümdən qurtardılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Merilend ştatının Betesda şəhərində xeyirxah sakinlər görmə məhdudiyyətli kişini ölümdən qurtarıb.

Bu barədə  WJLA xəbər saytı məlumat yayıb.

Gözdən əlil kişi əsanın köməyi ilə platformada hərəkət edib. Platformanın kənarına təhlükəli məsafəyə qədər yaxınlaşaraq, ayağı büdrəyib və relslərin üzərinə yıxılıb. O, dərhal ayağa qalxaraq, yuxarı dırmanmağa çalışsa da, bu, onda alınmayıb.

Qatar gözləyən sərnişinlərdən biri dərhal özünü çatdıraraq, ona kömək etməyə çalışıb. Bir neçə saniyə sonra daha iki kişi köməyə gəlib.

“Onun boyu bir metr səksən santimetr, çəkisi 130 kiloqram olardı. Təkbaşına bacarmayacaqdım”, - deyə cavan oğlan bildirib.

Tuneldə artıq yaxınlaşan qatar görünən an, əlil kişini platformaya qaldırmağa nail olublar. Görmə məhdudiyyətli kişi əlində ağrıların olduğunu və çətinliklə nəfəs aldığını söyləyib. Onun yıxılarkən qabırğalarını sındırdığı güman edilir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri