18 
Apr
2019
00:19
198
52
5039
Virtual karabakh

Bir dəqiqəyə suda əriyən plastik yaradıldı

18 Apr, 2019
00:19
5039

Bir dəqiqəyə suda əriyən plastik yaradıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Planetimizin plastik tullantılarla çirklənməsi son illərdə qlobal problem halını alıb və dünya ölkələrinin həllli uğrunda çalışdığı məsələyə çevrilib.

İsrailli kimya mühəndisi Şeron Barak bir neçə yüz il ərzində planetə zərər vuracaq plastik tullantıların bir neçə dəqiqədə suda əriməsini təmin edən formul tapıb.

AdMe.ru-nun məlumatına görə, Şeron Barakın  kəşf etdiyi yeni plastik növləri bir neçə dəqiqədə suda həll olunur. Ən maraqlısı da budur ki, suda həll olunan plastik heç bir canlıya zərər vermir. Alimin iddiasına görə, onu hətta yemək də olar.

“Plastik sətkanlar təbiətdə 50 il, plastik qablar isə 450 il qala bilər. Mən elə bir material hazırlamaq istədim ki, o həm plastikə bənzəsiz, ucuz başa gəlsin, həm də təbiətə zərər vurmadan suda ərisin. Hazırladığımız psevdoplastik 100 faiz ekoloji təmiz materiallardan hazırlanıb, suda tamamilə həll olunur və təbiətin bir hissəsinə çevrilir”.

Mütəxəssis bildirib ki, psevdoplastikin hazırlanması heç də mürəkkəb deyil. Bu günə qədər plastik materialların hazırlanması üçün istifadə olunan texnika Yer kürəsini çirklənmədən qoruyacaq yeni növ materialın istehsalında da istifadə oluna bilər.Onu qida məhsullarının qablaşdırılmasında və adi plastikin istifadə edildiyi bütün sahələrdə istifadə etmək olar.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri