19 
Apr
2019
20:04
39
279
26596
Virtual karabakh

Xəzinə tapdılar, varlanmaq əvəzinə borca düşdülər - VİDEO

19 Apr, 2019
20:04
26596

Xəzinə tapdılar, varlanmaq əvəzinə borca düşdülər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın Eslingen şəhərindən olan iki tarixçi 2017-ci ilin yayında arxeoloji qazıntılar zamanı təsadüfən xəzinə tapıb. 

Onlar bu barədə hökumətə məlumat verməyiblər. Almaniya qanunlarına görə, xəzinə tapan şəxslər dərhal bu barədə dövlət orqanlarına məlumat verməlidirlər. Xəzinə tapan şəxsin şəxsi həyətində olsa belə, o dövlətə məxsus hesab edilir.

2018-ci ilin yayında tarixçilərdən biri vicdanının səsinə qulaq asaraq bu barədə yerli hakimiyyət orqanlarına məlumat verib. Elə o gündən də onların həyatında çətin dövr başlayıb.  Belə ki, tarixçilər tapdıqları xəzinəni təhvil verməklə yanaşı, üstəlik cərimə də ödəməlidirlər.Əks halda onları həbs gözləyir.

Tapılmış gil küpənin içərisində 9200 gümüş sikkə aşkarlanıb. Onların ümumi çəkisi 4,6 kq təşkil edib. Gümüş sikkələrin ən qədimi 1280-ci, ən yenisi 1350-ci ilə aiddir. 

Mütəxəssislərin dediyinə görə, bu Almaniyada son 10 ildə tapılmış orta əsrlərə dair ən böyük xəzinədir

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri