23 
Apr
2019
01:10
56
137
10840
Virtual karabakh

“Cənnət”də yaşamaqdan bezən cinayətkar könüllü təslim oldu

23 Apr, 2019
01:10
10840

“Cənnət”də yaşamaqdan bezən cinayətkar könüllü təslim oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyanın Zalsburq şəhərində həbsdən qaçmış cinayətkar könüllü surətdə polisə təslim olub.

Associated Press yazır ki, həbsdən qaçdıqdan sonra 10 il Kanar adalarında yaşayan 64 yaşlı cinayətkarı kurortda keçən həyat yorub. O bildirib ki, bütün dünyada məşhur olan və turistlərin həvəslə  üz tutduğu Tenerife adası artıq onu bezdirib və bu qədər gözəl həyat yaşamaq ona kifayətdir.

Qəribə düşüncəli cinayətkarın hansı əmələ görə məhkum olunduğu barədə məlumat verilmir.

İldə 5 milyon turistin ziyarət etdiyi Tenerife adasında il boyu 20-29 dərəcə hava şəraiti hökm sürür. Səyyahlar bu adanı dünyadakı cənnət adlandırırlar.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri