May
2019
14:46
53
288
3656
Virtual karabakh

Azərbaycan ən az mənfi emosiyalı, Ermənistan ən qəzəbli ölkədir - REYTİNQ

6 May, 2019
14:46
3656

Azərbaycan ən az mənfi emosiyalı, Ermənistan ən qəzəbli ölkədir - REYTİNQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gallup International” təşkilatı “Global Emotions” (Qlobal  Emosiyalar) layihəsi çərçivəsində dünyanın 140-dan çox ölkəsindən olan vətəndaşlar arasında sorğu keçirib. Sorğu 2018-ci ildə aparılıb və bütün ölkələrdən olan respondentlərə eyni suallar verilib.

Oxu.Az-ın məlumatına görə, təşkilat sorğunun nəticələrini hesabat şəklində dərc edib.

Sorğuda insanların bir gün öncə hansı hissləri keçirdiyi: güldüyü, gülümsədiyi, yoxsa üzüldüyü, narhatlıq keçirdiyi, qəzəbli olduğu, yeni şeylər öyrənə bilib-bilmədiyi öyrənilib.

Sorğuya görə “ən az mənfi emosiyalı”  Lowest Negative Experiences Worldwide) kateqoriyasına Azərbaycan, Qırğızıstan, Latviya və İsveç başçılıq edir. Ölkələrə ümumilikdə indeks üzrə 19 vahid verilib.

Dünyanın “ən yüksək mənfi emosiyalı” ölkələri kateqoriyasına isə qəzəb göstəricisi (anger) üzrə Ermənistan, dərd-sər (sadness) göstəricisi üzrə Çad, stress göstəricisi üzrə Yunanıstan, narahatlıq göstəricisi üzrə Mozambik, əzab-əziyyət (pain) göstəricisi üzrə Çad başçılıq edir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri