May
2019
10:10
18
96
6759
Virtual karabakh

Erkən ölümün başlıca səbəbi açıqlandı

7 May, 2019
10:10
6759

Erkən ölümün başlıca səbəbi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təkcə Birləşmiş Ştatlarda milyonlarla insan artıq çəki və diabetlə əlaqəli ürək çatışmazlığından əziyyət çəkir. Belə bir nəticəyə ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri gəlib. 

Alimlər sadalananların ömrün qısalmasına təsir göstərdiyini və insanların ən çox məhz ürək xəstəlikləri ilə əlaqədar xəstəxanalara düşdüyünü bildirir.

Bu barədə məlumat “EurekAlert!” nəşrində dərc olunub.

Tədqiqatçılar 1999-2017-ci illər ərzində 48 milyon insanın ölüm səbəblərini araşdırmış  Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatlarını təhlil edib. Onlar 35-84 yaş arasında olan insanlarda ürək çatışmazlığı ilə bağlı ölüm əmsalını yaş əsasında müəyyənləşdirib.

Məlum olub ki, son illər ürək əzələləri qüsurlarının müalicəsində böyük nailiyyətlərin olmasına baxmayaraq, 2012-ci ildən bəri ürək problemlərindən ölənlərin sayı getdikcə artır.

Hesablamalara görə, altı milyon insan ürək əzələlərinin disfunksiyasından əziyyət çəkir.

Alimlər bunun qarşısını almaq üçün əsas diqqəti yüksək qan təzyiqi, yüksək xolesterin miqdarı və diabet kimi risk faktorlarına yönəltməyi məsləhət görür.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri