May
2019
12:42
44
221
5735
Virtual karabakh

Keniyada iki nəfəri timsah parçaladı - FOTO

8 May, 2019
12:42
5735

Keniyada iki nəfəri timsah parçaladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keniyanın Homa-Bey şəhərində iki nəfər timsahlar tərəfindən parçalanıb.

Bu barədə “Standart Media” portalı məlumat yayıb.

Bazar günü Kennedi Onyanqo adlı doqquz yaşlı uşaq Viktoriya gölündə paltarını yumağa çalışıb. Şahidlərin sözlərinə görə, elə bu an timsah hücum çəkərək, onu suya aparıb.

Yerli sakinlər həyəcan qaldırıb, qayıqlarla göldə uşağın meyitini tapmağa çalışıblar.  

Axtarışlar zamanı başqa bir sakin də faciəvi şəkildə həyatını itirib. Qayıqdan suya düşdükdən sonra anidən peyda olan timsah onu parçalayıb. Kişinin qalıqları bir neçə saatdan sonra  balıqçılar tərəfindən aşkarlanıb və yerli morqa yerləşdirilib.

Uşağın meyitinin axtarışları isə hələ də davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri