15 
May
2019
01:10
70
106
5386
yuxarı
80 yaşlı “Porsche” 20 milyon dollara satışa çıxarıldı - FOTO
15 May, 2019
01:10
5386
70
106
80 yaşlı “Porsche” 20 milyon dollara satışa çıxarıldı - FOTO
“Sotheby's” hərrac evi “Porsche Type 64” modelini 20 milyon dollar başlanğıc qiyməti ilə kolleksiyaçılara təklif edib.
İdman stilində hazırlanmış avtomobil “Porsche”nin ilk modeli olub, 1939-cu ildə istehsal edilib. Avtomobil II Dünya Müharibəsindən öncə keçirilməli olan avtomobil yarışlarına qatılmaq üçün istehsal olunmuşdu.
“Porsche Type 64 olmadan nə 356, nə 550 nə də 911 olardı. Bu avtomobil “Porsche” əfsanəsinin başlanğıcı oldu. 80 illik tarixinə baxmayaraq, bu avtomobil çox yaxşı vəziyyətdədir. Bu avtomobil dəfələrlə müxtəlif idman yarışlarında uğurla iştirak edib”, - deyə hərrac evindən bildirilib.
Qeyd edək ki, 1970-ci ildə istehsal olunmuş “Porsche 917” modeli 2017-ci ildə14 milyon dollara satılmışdı.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək