22 
May
2019
19:00
113
33
3819
Virtual karabakh

XX əsrin maqnatları indiki milyarderlərdən zəngin olub

XX əsrin ən zəngin insanlarından sayılan Con Rokfeller hazırda 117 milyard dollarlıq varidatı olan “Amazon” şirkətinin təsisçisi Ceff Bezosdan üç dəfə zəngin olub.

Bu barədə “Bloomberg” yazır.

Materialın müəllifləri dünya tarixinin müxtəlif dövrlərində mövcud olmuş qiymətlər və pul dəyərlərini müqayisə etməyə imkan verən metodika yaradıb. Rokfeller 1937-ci ildə 1,5 milyard dollar varidata malik idi. İnflyasiya səviyyəsi nəzərə alınsa, onun aktivləri indiki zamanla 26 milyard dollara yaxın olub.

Habelə araşdırmanın müəllifləri başqa yanaşma tətbiq edib. Onlar Rokfellerin aktivlərinin həmin dövrdə ABŞ-ın ümumidaxili məhsulunun 1,6 faizini təşkil etdiyini nəzərə alaraq, bu rəqəmi müasir şərtlərlə müqayisə edib. Beləcə, neft maqnatının Bezosdan üç dəfə daha varlı olduğu müəyyən edilib.

Bundan başqa, ötən əsrin poladtökmə maqnatı Endrü Karneqi “Microsoft” şirkətinin qurucusu Bill Qeytsdən (müvafiq olaraq 321 milyard dollar, 213 milyard dollar), dəmiryolları maqnatı Kornelius Vanderbilt isə “Berkshire Hathaway” təsisçisi Uorren Baffetdən (müvafiq olaraq 238 milyard dollar, 93 milyard dollar) daha zəngin olub.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri