24 
May
2019
12:35
164
18
4070
Virtual karabakh

Kişi 10 il əvvəl oğurlanan pulqabını yiyəsinə qaytardı

24 May, 2019
12:35
4070

Kişi 10 il əvvəl oğurlanan pulqabını yiyəsinə qaytardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın Kardiff şəhərində kişi qadından 10 il əvvəl oğurlanan pulqabını özünə qaytarıb.

Bu barədə “Daily Mail” yazır.

Belə ki, 2009-cu ildə 18 yaşlı Bekka Milsom soyulub: o, iti ilə gəzdiyi vaxt maşınının şüşəsi sındırılıb, avtomobildən pulqabısı götürülüb, hadisənin şahidləri oğrunu tuta bilməyiblər. Qadın oğurlanan pulqabısının nə vaxtsa qaytarılacağına ümid etməyib.

10 il sonra qadının atasının ünvanına bağlama gəlib. Onda oğurlanmış pulqabı və sənədlər olub. Yanında isə Corc adlı birinin Milsonun əşyalarını Kardiffdə otluqda tapdığı yazılan qeyd olub. Adam zarafatca onun kredit kartlarının artıq, yəqin ki, işləmədiyini yazıb.

“Bu, mənə dünyada yaxşı insanların olduğunu göstərdi. Pulqabımın qaytarıldığına çox sevindim”, - Milson deyir və Corcu tapıb ona təşəkkür etmək istəyir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri