27 
May
2019
23:11
53
229
10513
Virtual karabakh

Dişi anakonda erkək olmadan balaladı

27 May, 2019
23:11
10513

Dişi anakonda erkək olmadan balaladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Boston şəhərindəki heyvanxanada maraqlı hadisə baş verib. Erkək anakondalarla kontaktda olmayan dişi anakondanın balası olub. Bu barədə Daily Mirror məlumat yayıb.

Anna adı verilən dişi anakonda akvariumda saxlanılırdı. Onun balalarından yalnız ikisinin sağ qaldığı bildirilir.

Mütəxəssislərin bildirdiyinə görə, ilan partenogenez çoxalma  forması ilə balalayıb. DNT analizi mütəxəssislərin fikrini təsdiqləyib. Bala anakondalar analarının genetikası ilə eyniyyət təşkil edib. Bu hal bu günə qədər anakondalarda mövcud olan ikinci partenogenez hadisəsidir.

Anakondalar uzunluğu 5 metrə çatan zəhərsiz ilanlardır.Onlar yumurta qoymur, 6-7 ay hamiləlik müddətindən sonra 28-48 bala doğurlar.

2002-ci ildə akvariumda saxlanılan akula da analoji üsulla bala vermişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri