13 
İyn
2019
10:34
142
33
8969
Virtual karabakh

İtini xilas etmək üçün ayı ilə boğuşdu - FOTO/VİDEO

13 İyn, 2019
10:34
8969

İtini xilas etmək üçün ayı ilə boğuşdu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Los-Ancelesin (ABŞ) şəhərkənarında bir kişi itini xilas etmək üçün dişi ayı ilə dava edib.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Yerli polisin bildirdiyinə görə, insident bazar ertəsi (10 iyun) baş verib. Zərərçəkənin həyətinə dişi ayı daxil olub. “Çağırılmamış qonaq” evin keşiyini çəkən balaca iti özündən çıxarıb. Onun hürməsi isə ayını qıcıqlandırıb. O, öz balasını qorumaq üçün itə hücum çəkib.

İtin sahibi onu xilas etmək məqsədilə yırtıcıya zərbə endirib. Ayı isə öz növbəsində onun sağ dizini dişləyərək zədələyib, baldır nayihəsinə bir neçə kəsici xəsarətlər yetirib.

Kişinin aldığı xəsarətlərin həyati təhlükəli olmadığı bildirilir. Hadisə yerinə gələn Balıqçılıq və Vəhşi Təbiət Departamentinin nümayəndələri ayı və onun balasını ələ keçiriblər. Onların yaxın zamanda vəhşi təbiətə qaytarılacağı deyilir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri