24 
İyn
2019
01:56
135
68
4525
Virtual karabakh

İsveçrədə Çin imperatorunun 5 milyon dollarlıq vazası tapıldı - FOTO

24 İyn, 2019
01:56
4525

İsveçrədə Çin imperatorunun 5 milyon dollarlıq vazası tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mütəxəssislərin bir isveçrəli ailədə təsadüfən aşkar etdiyi qədim Çin vazası hərracda təxminən  5 milyon dollara satılıb.

Ailəyə məxsus əntiq əşyaları dəyərləndirmək üçün dəvət olunmuş ekspert Reqqi Praysverk heç kimin diqqətini çəkməyən, içərisinə tennis topları yığılmış qədimi vazanı görəndə heyrətlənib.

300 il əvvəl Çin imperatorunun sifarişi ilə hazırlanmış, üzərində oymalarla simurq quşu təsviri işlənmiş nadir əşya dərhal mütəxəssislərin diqqətini çəkib.

İsveçrədə Koller hərracında başlanğıc qiyməti 79 260 dollar olan qədim vaza 4,9 milyon dollara satılıb.

Maraqlıdır ki, vazanın sahibi olan ailə onun orijinal olmasından xəbərsiz olub və qədim vazanın surəti olduğunu düşünürmüş.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri