10 
İyl
2019
20:20
103
48
3944
Virtual karabakh

İtaliyanın ilk kosmonavt qadını da “Barbie” oldu - VİDEO

10 İyl, 2019
20:20
3944

İtaliyanın ilk kosmonavt qadını da “Barbie” oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barbie” gəlincik kolleksiyasına yeni prototip əlavə etməyə hazırlaşır.

TASS xəbər verir ki, şirkət İtaliyanın ilk kosmonavt qadını Samanta Kristoforettini yeni personajı olaraq seçib.

S.Kristoforetti 2014-cü ildə “Soyuz TMA-15” kosmik gəmisində mühəndis kimi 199 sutka kosmosda qalaraq ölkəsinin tarixində ilkə imza atmışdı.

“Barbie” gəlinciklərini istehsal edən ABŞ-ın “Mattel” şirkəti bildirib ki, bu xanımın yeni qəhrəman kimi seçilməsi qız uşaqlarında texniki fənlərə, fizika və riyaziyyata maraq yaratmaqdır.

Avropa Kosmik Agentliyi ilə birgə əməkdaşlıq nəticəsində kütləvi istehsal ediləcək oyuncaqlar kosmik bilgilərin təbliğatı baxımından faydalı olacaq.

Qeyd edək ki, ilk gəlinciyi 1959-cu ildə istehsal olunan “Barbie” brendi modellərində müxtəlif irqlərə, millətlərə aid insanların prototiplərini yaradaraq uşaqlara humanizmi aşılayır. Fevralda isə şirkət bir ayağı protez olan oyuncaq buraxmaqla fiziki məhdudiyyətli uşaqlara dəstək nümayiş etdirmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri