13 
İyl
2019
10:39
270
75
5047
Virtual karabakh

78 yaşında universitetə sənəd verdi

13 İyl, 2019
10:39
5047

78 yaşında universitetə sənəd verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistanın Anqor rayon sakini Mamatqul Berdialiyev ali təhsil almaq məqsədilə Daşkənd Dövlət Aqrar Universitetinin Termez filialına öz sənədlərini təqdim edib.

Ca-news” xəbər verir ki, ilk baxışda burada qeyri-adi bir şey görünməsə də, onu digərlərindən fərqləndirən cəhət 78 yaşında olmasıdır.

Pensiyaçı üç ixtisasdan birində təhsil almağı arzu edir: “Meyvəçilik və üzümçülük”, “Tərəvəzçilik, bağçılıq və kartofçuluq” və ya “İstixana təsərrüfatının təşkili və aparılması”.

M.Berdialiyev ali təhsilini tamamladıqdan sonra kənd təsərrüfatı sahəsində çalışacağına ümid edir.

Xatırladaq ki, daha öncə digər bir ölkə sakini də - 72-yaşlı kişi eyni anda üç fərqli universitetə sənəd verib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri