Avq
2019
10:15
45
118
4880
Virtual karabakh

İsraildə həvarilərin məbədi tapıldı

4 Avq, 2019
10:15
4880

İsraildə həvarilərin məbədi tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tiveriad gölünün sahilində (Qaliley dənizi və Kineret gölü kimi də məşhurdur) qədim kilsənin qalıqları aşkar edilib.

Oxu.Az Rusiya mətbuatına istinadən məlumat verir ki, ilkin ehtimala əsasən, bu kəşf əfsanəvi Həvarilər məbədinin qalıqlarıdır.

Arxeoloqlar mərmər, divar mozaikası və mozaik döşəmə qalıqları tapıblar. Dağıntıların yaşı 1400 ildən çoxdur.

Tədqiqatçıların fikrincə, kilsə dağıntılarının aşkar edildiyi ərazidə əvvəllər qədim Vifsaida kəndi yerləşib. Sonradan isə bu ərazi şəhərə çevrilib. “Əhdi-Cədid” (xristian Müqəddəs Yazılarının ikinci bölməsi. Əhdi-Cədidə, həmçinin İncil kitabı deyilir) kitabına əsasən, İsa Peyğəmbər məhz burada korun gözlərini açıb və 5 min ac insanı 5 tikə çörək və iki balıqla doydurub.

Həvarilər məbədi isə Pyotr və Andrey adlı həvarilərin evlərinin yerində inşa edilib.

Qeyd edək ki, bir müddət əvvəl İsrailin cənubundakı Rahat şəhərində VII-VIII əsrə aid məscid tapılmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri