Avq
2019
05:34
115
95
7132
Virtual karabakh

Səmasında üç “günəş” görünən planet tapıldı

4 Avq, 2019
05:34
7132

Səmasında üç “günəş” görünən planet tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NASA astronomları üzərində üç “günəş” görünən planet aşkar ediblər.

Astronews.ru bildirir ki, planetə  LTT 1445Ab adı verilib.

Planetin yerləşdiyi sistem Yerdən 22,5 işıq ili məsafəsindədir.

“Bu “günəş”lərdən ikisi çox uzaq məsafədə yerləşir və səmadan baxan iki qorxunc qırmızı gözə bənzəyir”, - ABŞ-ın Harvard-Smitson astrofizika mərkəzinin astronomu Cennifer Vinters bildirib.

TESS peyki vasitəsilə toplanmış məlumatları analiz etdikdən sonra, alimlər planetin Yerdən təxminən 3 dəfə böyük və 8 dəfə ağır, səthinin isə qayalıq olduğunu  müəyyən ediblər. Səthinin temperaturu 160 dərəcə selsi olan planet sistemin ulduzlarından birinin ətrafında 5 sutka ərzində dövrə vurur.

Alimlər hələ ki, planetin atmosferini analiz edə bilmirlər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri