12 
Avq
2019
11:51
109
24
2997
Virtual karabakh

Qüdsün Babil tərəfindən alınması ilə bağlı yeni faktlar

İsrail alimləri eramızdan əvvəl 587-586-cı illərdə qədim Qüdsün Babil tərəfindən alındığını göstərən izlər aşkar ediblər.

Tədqiqatçılar Dəmir dövrünə aid kül qatları, skif oxlarının ucluqları, saxsı qırıqları, habelə gümüş və qızıl zinət əşyaları aşkar ediblər. Bu artefakt və materialların uyğunluğu dəqiq olaraq Qüdsün alınması ilə əlaqələndirilir. Məsələn, skif oxlarının ucluqları Babil döyüşçüləri tərəfindən istifadə edilib və əramızdan əvvəl VII-VI əsrlər üçün səciyyəvidir. Tapıntıları bürüyən kül qatı isə şəhərin talan və məhv edilməsini göstərir.

Arxeoloqlar qızıl fırça və aşağı hissəsi üzüm salxımına bənzər, zınqırov şəklində sırğa da tapıblar. Bunlar Qüdsdə mühasirə zamanı yaşayan insanların zəngin olduğunu göstərir. 

Hesab edilir ki, Qüdsün Babil hökmdarı II Navuxodonosor tərəfindən alınması çox sayda insanın ölümünə, yanğınlara və şəhərin dağılmasına, eləcə də Solomon məbədinin məhv edilməsinə səbəb olub.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri