16 
Avq
2019
05:39
91
30
3234
Virtual karabakh

Kremldə qazıntılar zamanı yanğın izləri aşkar edildi

16 Avq, 2019
05:39
3234

Kremldə qazıntılar zamanı yanğın izləri aşkar edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kremlin mərkəzində qazıntılar aparan arxeoloqlar Krım tatarlarının hücumu zamanı 1571-ci ildə baş vermiş böyük Moskva yanğınının izlərini aşkar ediblər.

Bu barədə jurnalistlərə Rusiya Elmlər Akademiyasının Arxeologiya institutunun direktoru, RAE-nin vitse-prezidenti Nikolay Makarov məlumat verib.

Arxeologiya institutu may ayından Böyük Kreml bağında qazıntılara başlayıb. Qazıntıların məqsədi ərazinin mədəni irsini tədqiq etməkdir.

Əsas elmi nəticə Rusiya dövlətinin XVI-XVII əsrə aid mərkəzi idarəetmə orqanları binasının qalıqlarının aşkar edilməsidir. Qazıntıların ilkin nəticələri barədə iyun ayında prezident Putinə məlumat verilib.

Makarov qeyd edib ki, hazırda böyük yanğınlar olan yeri aşkar ediblər: “Biz qazıntılarda böyük kömür qalıqları tapdıq. Bu kömür hansısa yanmış binadan qalıb. Hələlik yanğının dəqiq tarixini deyə bilmərik. Ola bilər ki, bu, məşhur 1571-ci il Moskva yanğınının qalıqlarıdır. O zaman şəhəri Krım xanı Devlət-Girey ələ keçirib sonra isə yandırmışdı”.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri