20 
Avq
2019
13:39
25
125
4472
Virtual karabakh

Yuxusuzluğun ölümcül təhlükəsi aşkarlanıb

20 Avq, 2019
13:39
4472

Yuxusuzluğun ölümcül təhlükəsi aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yuxusuzluqdan əziyyət çəkən insanlarda ürəyin işemik xəstəliyinin, insultun və ürək çatışmazlığının inkişafı riski artır.

Stokholmdakı Karolina İnstitutunun alimləri belə qənaətə gəliblər.

Tədqiqat haqqında "EurekAlert"də dərc olunan press-relizdə qısa məlumat verilir.

Mütəxəssislər 1,3 milyon iştirakçı haqqında məlumatları təhlil ediblər. Tədqiqatçılar yuxusuzluğun genetik amillərini nəzərə alan Mendel randomizasiyası metodundan istifadə ediblər. Bu, yuxusuzluq və ürək xəstəlikləri arasındakı daha dəqiq səbəb-nəticə əlaqəsini müəyyən etməyə imkan yaradır.

Məlum olub ki, yuxusuzluğa səbəb olan gen variantlarına sahib şəxslərdə insult və digər pozuntuların riski artır.

Daha öncə aparılan observasiya (müşahidə) tədqiqatlarının nəticələrinə əsasən, dünya əhalisinin 30 faizinin əziyyət çəkdiyi yuxusuzluq ürək çatışmazlığının inkişafına səbəb olur. Lakin bu növ tədqiqatlar səbəb-nəticə əlaqəsini aşkar etməyə imkan vermirdi. Ona görə də ehtimal olunurdu ki, ürəkdə olan problemlər yuxunun keyfiyyətini aşağı salır.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri