21 
Avq
2019
15:46
190
39
8110
Virtual karabakh

"Apple"ın baş direktoru dünya fotoqraflarını Bakının "Şeytan çarxı" ilə təbrik etdi - FOTO

21 Avq, 2019
15:46
8110

"Apple"ın baş direktoru dünya fotoqraflarını Bakının "Şeytan çarxı" ilə təbrik etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Apple" şirkətinin baş direktoru Tim Kuk Azərbaycanın paytaxtı Bakıda çəkilmiş bir fotonu "Twitter" səhifəsində paylaşaraq diqqət çəkən status yazıb.

19 avqust - Dünya Fotoqrafiya Günü münasibətilə fotoqrafları təbrik edən T.Kuk dünyada "Apple" istifadəçiləri tərəfindən "iPhone"la çəkilən bir sıra möhtəşəm fotoları hesabında yayımlayaraq, həmin şəkillərdən ilham aldığını bildirib.

"Twitter"də paylaşılan şəkillər arasında Dənizkənarı Milli Parkda yerləşən nəhəng "Şeytan çarxı" adlanan attraksionun möhtəşəm görüntüsü yer alıb.

Fotonun müəllifi isə Sankt-Peterburq sakini Mixail Zatulivetrovdur. T.Kuk fotoya "Bakı bulvarındakı həyəcanlı məqam" şəhrini yazıb.

M.Zatulivetrovun "Instagram" hesabına diqqətlə nəzər yetirəndə, onun əslən Bakıdan olduğunu bilmək olar. Çünki paytaxtımızda lentə aldığı fotoları paylaşan Mixail "Doğma yerlər" şərhini yazıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri