21 
Avq
2019
17:23
35
133
6613
Virtual karabakh

Dünyanın ən qorxunc "görməli yeri" haradır?

21 Avq, 2019
17:23
6613

Dünyanın ən qorxunc "görməli yeri" haradır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksikanın paytaxtı Mexiko şəhərinin yaxınlığında yerləşən "Kuklalar adası" ağacdan asılan minlərlə qorxunc gəlinciyə görə turistlər üçün dünyanın ən qorxulu "görməli yeri" adını qazanıb.

Bu barədə "The Sun" məlumat yayıb.

1950-ci illərdə həmin adada Xulian Santana Barrera (Don Julian Santana Barrera) adlı keşiş yaşayıb. O, dini inanclarına görə doğma şəhərindən buraya sürgün edilib.

Bir gün keşiş suda boğulan qızın qışqırıq səsini eşidərək yardıma tələsib, lakin xilas edə bilməyib. O, suda qızın kuklasını tapıb və yadigar olaraq ağacdan asıb.

2001-ci ildə vəfat edən Barrera bu əfsanəni ölümündən öncə danışıb. O, adadakı çay sularında kuklalar tapdığını və batan qızın ruhuna ehtiram olaraq onları ağaclardan asdığını deyib.

Keşiş özündən sonra ağaclarda çoxlu sayda qorxunc plastik və parça kuklalar qoyaraq elə həmin adada ölüb. O, orada yaşayan yeganə adam olub.

Ölən qızın ruhunun hələ də bu məkanda dolaşdığı barədə gəzən şayiələrə baxmayaraq, turistlər bu yer haqqında xəbər tutub adaya axın etməyə başlayıblar.

"Ziyarətçi"lərin sözlərinə görə, ada həqiqətən də qorxunc görünür. Kuklaların çoxunun üstünü tor və kif bürüyüb. Oyuncaqların bəzilərinin başı çıxarılaraq yerə sancılmış çubuğa keçirilib.

Barreranın əfsanəsindəki qızın ölüm faktı təsdiqlənməsə də, turistlər qorxunc məkanı canlı görmək üçün bütün dünyadan buraya axışırlar.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri