22 
Avq
2019
01:27
116
23
3002
Virtual karabakh

İt sahibindən qaçıb, qatara mindi

22 Avq, 2019
01:27
3002

İt sahibindən qaçıb, qatara mindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva yaxınlığındakı Tima ləqəbli yaşlı it sahibinin əlindən qaçıb. 

Rusiya saytlarının yazdığına görə, hadisə Volokolamsk rayonunun Kozino kəndində, Riqa istiqamətinə aparan dəmiryolu platformasının 133-cü kilometrliyində baş verib. 

Qonşular ev sahibinə bildiriblər ki, Tima əvvəlcə sərnişinlər arasında dolaşıb, sonra dəmiryolu platforması ilə qaçaraq, onların çağırışlarına cavab vermədən vaqonlardan birinə girib.
 
Heyvan sahibi Svetlana Qluşenkova deyib: "Onun platformaya niyə getdiyini bilmirik. Həyat yoldaşımla mən Timanı stansiyaya apardım. Axşam saat altıda məni qatara qoydular, sonra evə qayıtdılar. Ərim onun yeməyini verib, it yuxulayıb. Üç saatdan sonra isə təkcə qatara minib”. 

Svetlananın dediyinə görə, itin artıq 15 yaşı var, o eşitmir və yaxşı görmür.

Timanın olduğu qatarın Volokolamskdan keçib, Moskvaya getdiyi ehtimal edilir. Amma heyvanı həmin marşrutdakı stansiyaların heç birində tapa bilməyiblər. 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri