23 
Avq
2019
15:06
19
121
3414
Virtual karabakh

Malyorkada yüzlərlə insanın basdırılmamış qalıqları tapılıb

23 Avq, 2019
15:06
3414

Malyorkada yüzlərlə insanın basdırılmamış qalıqları tapılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın Malyorka adasında, Manakor bələdiyyəsinə məxsus qəbiristanlıqdakı tikililərdə yüzlərlə insanın basdırılmamış qalıqları aşkar edilib.

Bu barədə "Euro Press" agentliyinə istinadən yazır.

Bələdiyyədəki mənbələrdən verilən məlumata əsasən, iki nəfər yerli hökumət nümayəndəsi qəbiristanlığı ziyarət edərkən qalıqları təsadüfən aşkar edib. Onlar bağlı tikililəri açmağı xahiş ediblər, lakin açar olmadığından qapıları qırmalı olublar.

Yerli hökumət ehtimal edir ki, qalıqların olduğu otaqlar ötən əsrin 80-ci illərindən açılmayıb. Onların bildirdiyinə görə, qalıqlar bura müvəqqəti yerləşdirilə bilər, lakin naməlum səbəbdən məzarlıqlara qaytarılmayıb.

Hökumət qalıqların tanınması üzrə iş aparacaq. 

Mətbuatın yaydığı məlumata əsasən, qəbiristanlıqda 100-dən 300-dək insanın qalıqları ola bilər.

Manakor bələdiyyəsi hazırda bu problemin həlli üzərində işləyir, hüquq-mühafizə və məhkəmə orqanlarına məlumat verilib.

Ehtimal olunur ki, 1982-1983-cü illərdə təmir işləri ilə əlaqədar bura gətirilən cəsədlər öz yerlərinə qaytarılmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri