26 
Avq
2019
17:13
171
37
3094
Virtual karabakh

Alimlər: Kişilər qadınlardan gec böyüyür

26 Avq, 2019
17:13
3094

Alimlər: Kişilər qadınlardan gec böyüyür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir çoxları yaşlı kişilərin özlərini uşaq kimi apardığını deyirlər. Qadınların isə daha tez yetkinliyə çatdıqları hesab olunur. Alimlər bu fikirlərin həqiqətdən uzaq olmadığını aşkarlayıb.

Elm nə deyir?

Oksford Universitetinin alimləri tərəfindən keçirilən təcrübə zamanı məlum olub ki, insan beyninin yetkinləşməsi onun funksional və struktur xüsusiyyətlərinin uzunmüddətli inkişafının nəticəsidir. Bu xüsusiyyətlər zamanla bizim həyatımıza öz təsirini göstərir. Alimlər yetkinləşmə zamanı hansı psixi xüsusiyyətlərin dəyişdiyini, hansıların isə stabil qaldığını aydınlaşdırmağa çalışıblar.

Tədqiqatçılar beyin vizuallaşdırması yolu ilə dörd yaşından 40 yaşınadək 121 iştirakçının beynini araşdırıblar. Nəticə çıxarılarkən iştirakçıların yaş və cinsi nəzərə alınıb.

Kişilər daha gec böyüyür

Məlum olub ki, kişi və qadınların beyni gündəlik həyatda tətbiq olunan eyni qabiliyyətləri inkişaf etdirir. Buna baxmayaraq, kişilər funksional şəbəkələrinin uzunmüddətli inkişafında qadınlarla müqayisədə çox vaxt daha ləngdirlər. Məhz buna görə də onların daha gec böyüdüyü hesab olunur. Qadınlarda isə adıçəkilən şəbəkələrin vaxtından öncə köhnəlməsi müşahidə olunur.

Qadın beyni daha effektivdir

Qadın beyninin daha effektiv olduğunu təsdiqləyən başqa məlumatlar da mövcuddur. Bu qənaətə gələnlərdən biri Meksikanın Milli Muxtar Universitetinin Tibb fakültəsinin fiziologiya və  farmakologiya üzrə professoru Eduardo Kalikstodur.

O, bu yaxınlarda dərc etdiyi yazıda qeyd edir ki, qadın beyninin yaddaşı daha güclüdür, onlarda daha çox sinir əlaqələri var, qadınlar rəng və ətirləri xırdalıqlarınadək dərk edə bilirlər. Kaliksto bu göstəriciləri hormonlarla əlaqələndirir.

Beləliklə, hazırda elm sayəsində əminliklə deyə bilərik ki, qadın və kişilərin beyni həqiqətən də fərqli işləyir. Bu isə onların davranışlarının və emosional yetkinlik dərəcələrinin fərqli olmasına səbəb olur.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri