28 
Avq
2019
20:25
11
127
4412
Virtual karabakh

Androidlər üçün olan bu əlavədə təhlükəli virus aşkarlanıb

28 Avq, 2019
20:25
4412

Androidlər üçün olan bu əlavədə təhlükəli virus aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

328934

Kibertəhlükəsizlik sahəsinin ekspertləri "Google Play" mağazasında təqdim olunan "CamScanner" əlavəsinin içində təhlükəli virus aşkar ediblər.

Bu barədə "Kasperski Laboratoriyası"nın saytında məlumat yayılıb.

Proqram PDF-faylların yaradılması və skanerdən çıxarılmış sənəddə mətnin oxunması üçün lazımdır. Məlumata əsasən, əlavə və onun növləri 100 milyon dəfədən çox yüklənilib.

Tədqiqatçılar istifadəçilərin şikayətlərindən sonra proqrama diqqət yetiriblər. Əlavənin son versiyalarından birində onlar "dropper virusu" aşkar ediblər. Virus yükləyici modulu işə salır və onun vasitəsilə cinayətkarlar istədiklərini qacetə yükləyə bilir.

Güman edilir ki, bu, reklam nümayişi və xüsusi abunəçilik, yaxud hesabların satışı vasitəsilə proqramı gəlir mənbəyinə çevirmək cəhdləri ilə bağlıdır.

Ekspertlərin xəbərdarlığından sonra "Google" şirkəti bu proqramı "market"dən silib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri