31 
Avq
2019
17:23
37
77
7058
Virtual karabakh

Eldorado: mif, yoxsa reallıq?

31 Avq, 2019
17:23
7058

Eldorado: mif, yoxsa reallıq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropada qızıl qızdırması XVI əsrdə ispan səyyah Fernandes de Ovyedonun Cənubi Amerika aborigenlərindən eşitdiklərini danışdıqdan sonra başlayıb.

Quatavita gölü sahillərində yaşayan muiski hindu qəbiləsi başçı olmağa aid adətlərdən danışıblar. Seçilən şəxs çılpaq soyundurulur, bədəninə aromatlı otlar sürtülür, qiymətli heykələ bənzəyənə qədər qızıl tozu səpilir. Bu isə ispan dilində “El Dorado” adlanır.

Sonra isə mahnıların və duaların sədası altında, zinət əşyaları ilə bəzədilmiş şəkildə dörd köməkçinin müşayiəti ilə gölün ortasına aparılır. Burada zinət əşyaları gölə atılır. Proses bir saat davam edir. Sahilə qayıdılır və yeni başçının şəninə mərasim keçirilir.

Bu hekayədən təsirlənən ispanlar muiski torpaqlarında şəhərlər inşa etdilər. Bir-birinin ardınca ekspedisiyalar keçilməz dağ və meşələrə yollanırdı. Bir qayda olaraq, oradan çox az adam sağ qayıdırdı və qayıdanların da danışdığı dəhşətlər gözünü qızıl hərisliyi tutan insanları yolundan döndərə bilmidi.

Perunun yerli sakinləri ağdərili, sarısaçlı tanrılara inanırdılar. Buna görə də ispanlar Amerikanı işğal etməyə başlayanda perulular onları tanrıların elçiləri kimi qəbul etdilər. Bir qayda olaraq, ispanlar xoş qarşılanır və mədh olunurdular. İnklər üçün qızıl və gümüş elə də dəyər kəsb etmirdi. Metallar, sadəcə, ayinlər üçün lazım idi.

İspan konkistador Qonsalo Pissaro inklərin başçısı Ataualpı əsir götürdü və başçı qızıl qarşılığında azadlığa çıxmaq istədi. Amma bu da onu ölümdən xilas etmədi. Bu hadisədən xəbərdar olan inklər yerdə qalan bütün zinət əşyaları və qiymətli daş-qaşı yığaraq Kitoya apardılar. Kito müasir Ekvador ərazisində yerləşir.

Eldoradonun axtarışları

1535-ci ildə Pisarronun rəhbərliyi altında sirli Eldoradonu axtarmaq üçün ilk ekspedisiya təşkil edilir. Sonuncu ekspedisiya isə 1775-1780-ci illərdə Nikolay Rodriges tərəfindən təşkil edilib. Aborigenləri əsir götürərək, "qızıl ölkəsi"nin dəqiq yerini öyrənməyə çalışırlar. İşgəncə verilən yerli sakinlər isə ağıllarına gələni danışırdılar.

Ruiska-çibçey vilayətinə 1539-cu ildə səfər edən Qonsalo Ximenes Kesada Eldoradonu axtarmağa başladı. Səfər zamanı o, muisk-çibçeylərin torpağına ayaq basdı. İnsanlar gildən inşa edilmiş, dam örtüyü qızılla örtülmüş evlərdə yaşayırdılar. Onlar metalı zümrüd, parça və duz ilə qonşuları ilə dəyişirdlər. Sərdabələrdə və məbədlərdə qiymətli metallardan hazırlanmış tanrı heykəlləri var idi. Burada konkistadorlar bir ton qızıl və 707 zümrüd daşı ələ keçirdilər.

Kesada İspaniyanı daha da varlandırdı. Amma ona paxıllıq edənlər şayiə yaydılar ki, Kesada daha çox sərvət əldə edib və bunu dövlətdən gizlədir. Kesada Amerikaya 10 ildən sonra qayıtdı. Eldoradonun axtarışları onun əsas məqsədi idi. O, bir neçə dəfə arzularının ölkəsini tapmaq üçün Orinoko hövzəsindəki ərazilərə baş vurdu.

Sonuncu ekspedisiyaya çıxanda Kesadanın 70 yaşı var idi. O, 300 ispan və 1500 hindu toplamışdı. Demək olar ki, bütün konkistadorlar öldü, hinduların da bir çoxu qırıldı, qalanı isə qaçdı. Kesada əliboş qayıtdı.

Quatavita gölü ətrafında Eldorado axtarışları XX əsrə qədər davam etdi. XX əsrdə isə hökumət bu axtarışları qadağan etdi. 1969-cu ildə qiymətli metaldan tökülmüş kral və onun 10 əyanının fiqurları tapıldı. Fiqurlar Boqota muzeyində saxlanılır. 

Bu gün də sirli Eldoradonun Cənubi Amerikada axtarışları davam edir. Ekspedisiyalar Titikaka gölündə, And dağlarında, Braziliya meşələrində qızıl şəhəri axtarırlar...

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri