Sen
2019
19:15
88
50
5670
Virtual karabakh

Gözəllik salonlarının məşhur proseduru sağlamlığa zərər vura bilər

2 Sen, 2019
19:15
5670

Gözəllik salonlarının məşhur proseduru sağlamlığa zərər vura bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadınların çox istifadə etdiyi "kirpik uzatma" proseduru xoşagəlməz nəticələrə səbəb ola bilər.

Bu barədə "The Sun" yazır.

Britaniyanın "Cadogan Clinic" oftalmologiya klinikasının həkimi Elizabet Houksun sözlərinə görə, son zamanlar süni kirpik istifadəsi ilə bağlı göz infeksiyalarının artımı müşahidə olunur.

"Kirpiklərin uzadılması prosedurlarının növləri artdıqca göz qapaqlarının infeksiyası isə bağlı təxirəsalınmaz problemlərin sayı da artır", - deyə ekspert izah edir.

O, kirpiklərin üstündə şiş çıxıntıları formasında üzə çıxan xroniki iltihab xəstəliyi - blefariti misal çəkib.

E.Houks xatırladıb ki, kirpiklər, ilk növbədə, gözü toz və mikroblardan mühafizə üçün nəzərdə tutulub, həmçinin görmə qabiliyyətinin qorunması üçün son dərəcə əhəmiyyətlidir. Gözəllik prosedurlarından həddən artıq istifadə isə kirpiklərin tökülməsinə səbəb ola bilər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri