Sen
2019
20:43
149
29
4422
Virtual karabakh

Şekspir vaxtından qalan üzük tapıldı - FOTO

3 Sen, 2019
20:43
4422

Şekspir vaxtından qalan üzük tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzinə axtarışıyla maraqlanan britaniyalı təqaüdçü, 66 yaşlı Syu Kilvert Uilyam Şekspirin ailəsinə aid olduğu ehtimal edilən qədim qızıl üzük tapıb. 

Bu barədə Daily Mail nəşri yazır.

Qadın Uorikşir qraflığında, Şekspir-Holl malikanəsinin ətrafını metal axtaran qurğuyla gəzərkən qurğu qəfil işə düşərək siqnal verməyə başlayıb. Syu yeri qazmağa başlayıb və 20 santimetr dərinlikdə kiçik bir üzük tapıb.

Bu ərazi vaxtilə Şekspirin qohumlarına aid olub. Yerli əfsanəyə inansaq, məhz burada dramaturq özünün "Bu sizin xoşunuza gələr?" komediyasını qələmə alıb.

Qadın ilk öncə tapıntının müasir uşaq üzüyü olduğunu düşünüb, lakin üzərindəki yazı və naxışlar üzüyün daha əhəmiyyətli olduğunu bildirib.

Qızıldan olan üzüyün iç tərəfində "Truth Betrayes Not" ("Həqiqət xəyanət etmir") yazısı var. Belə üzüklər XV-XVII əsrlərdə İngiltərə və Fransada məşhur romantik hədiyyə hesab olunub. O zamanlar zinət əşyaları, üzərinə sevgi hekayələrindən qısa sitatlar yazmaqla bəzədilib.

Kilvert xəzinə haqqında müstəntiqə məlumat verib və Birminhem muzeyinə xəbərdarlıq edib. Tapıntını araşdıraraq hökm çıxarmaq üçün mütəxəssislərə bir neçə ay vaxt lazım olacaq.

"Üzüyü özümə saxlamağı çox istərdim. Belə tapıntılar həyatda bir dəfə olur", - deyə qadın hisslərini bölüşüb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri