18 
Sen
2019
18:41
92
65
5668
Virtual karabakh

Polislərin “tetris”i trendə çevrildi - FOTO

18 Sen, 2019
18:41
5668

Polislərin “tetris”i trendə çevrildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçrədə sentyabrın 1-də Sürix polisinin “Facebook” səhifəsində paylaşdığı foto trendə çevrilib.

İki polis məmurunun avtomobil və ləvazimatları ilə düzəltdikləri “tetris” fotoları Hollandiyadan Sinqapura, Almaniyadan Meksikaya qədər dünyanın fərqli nöqtələrində yayılan yeni çılğın trendə çevrilib.

Bir çox şəhərlərin polis, yanğından mühafizə və xilasetmə dəstələri dron vasitəsilə çəkilən oxşar fotoları sosial şəbəkədə paylaşmağa başlayıblar.

“Hər bazar günü “Facebook” və “Instagram”da həyəcanverici, xoş və gülməli bir fotomuzu paylaşırdıq. Son fotoda bir polis maşını da qoyduq və yanına ləvazimatları düzdük. Sonra bunu dron vasitəsilə yayımladıq”, - Sürix polisinin mətbuat xidmətinin rəhbəri Rebekka Tilen İngiltərənin “Guardian” qəzetinə deyib.

Tilen qeyd edib ki, başqa dövlətlərin polis və yanğındanmühafizə idarələri ilə yanaşı, özəl şirkətlər də trendə qoşulublar.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri