20 
Sen
2019
00:26
106
41
19965
Virtual karabakh

Məktəbdə öyrəndiklərinizi unudun: həqiqət olmayan həqiqətlər

20 Sen, 2019
00:26
19965

Məktəbdə öyrəndiklərinizi unudun: həqiqət olmayan həqiqətlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zamanla hər şey dəyişir. Hətta dəmir kimi möhkəm olduğunu düşündüyünüz faktlar belə zamanla dəyişə bilər. Bəzi reallıqlar isə məktəbdə bizə səhv öyrədilib. Bunun səbəbi şagirdlərin həmin reallıqların əslini öyrənməyə hazır olmamasıdır.

Aşağıda sizə zamanla dəyişən və ya əvvəldən səhv təqdim olunan faktlar sadalanacaq: 


Əvvəl: Amerika 1776-cı il iyulun 4-də müstəqillik qazanıb.

İndi: Amerika rəsmi olaraq 1783-cü ildə müstəqil oldu.

Hər il 4 İyulda Amerikalılar Müstəqillik Gününü geniş qeyd edirlər. 1776-cı il iyulun 4-də İstiqlal Bəyannaməsi imzalansa da, Amerika sentyabrın 3-ü 1783-cü ildə Versal Müqaviləsi imzalanana qədər hələ də Britaniya hakimiyyətindən azad deyildi. Odur ki, Amerika məhz bu tarixdə müstəqil olub.

Əvvəl: Pluton planetdir.

İndi: Pluton planet deyil.

1800-cü illərin sonlarından bəri doqquz planetin potensial varlığı haqqında məlumatlar var idi. 1906-cı ildə astronom Persival Louell sirli “Planet X”i kəşf etməyi hədəfləyən tədqiqat layihəsinə start verdi.

1929-cu ildə Klayd Kombo “Planet X” olduğu ehtimal olunan Əkizlər bürcündəki ulduzların fotoşəkillərini çəkməyə başladı. 1930-cu ildə Pluton kəşf edildi və planet statusu qazandı.
Ancaq 2005-ci ildə kütləvi trans-Neptun obyekti olan Erisin kəşfi ilə Pluton kiçik planetlər kateqoriyasına keçirildi.

Əvvəl: Almaz ən qatı maddədir.

İndi: Bor nitridi nanomaterialı almazdan daha qatıdır.

Amerika və Çin fizikləri sərtliyi və digər xüsusiyyətlərinə görə almazdan üstün olan kub boron nitridinin mikrokristallarına əsaslanan xüsusi bir nanomaterial yaradıblar.

Əvvəl: Salem ifritələri dirəkdə yandırılıb.

İndi: Əslində isə onlar asılmışdılar.

Artur Millerin “Xaçpərəst”ini oxumamış olsanız da, Salem şəhər sakinlərinin ifritələri dirəkdə yandırdığına əmin idiniz. Lakin arxivoloq Riçard Traskın fikrincə, hadisə belə cərəyan etməyib. O dövrdə cadu, dirəkdə yandırmaqla yox, asılmaqla cəzalandırılan cinayət idi. Avropada isə cadu bidət sayılırdı və günahkarlar yandırılırdı. Bəlkə elə buna görə qarışıqlıq yaranıb.

Əvvəl: Piramidaları qullar tikiblər.

İndi: Piramidaları Misir fəhlələri tikiblər.

Mədəniyyət qulların piramidaları tikməsi mifini saxlayır. Lakin son arxeoloji tapıntılar əslində piramidaların misirlilərin özləri tərəfindən tikildiyini sübut edir. İşçilər yoxsul ailələrdən işə götürülürdü. Onlara böyük hörmət var idi, hətta pul da qazanırdılar. Qullara belə davranıla bilməzdi.

Əvvəl: Bir kağız parçasını yeddi dəfədən çox qatlaya bilməzsiniz.

İndi: Amerikalı tələbələr bu mifi tualet kağızı ilə rədd edirlər.

Müqəddəs Mark məktəbindəki tələbələr bunu riyaziyyat müəllimi Ceyms Stuart Tantonun nəzarəti altında 16 kilometrlik tualet kağızı və sonsuz səbrlə ediblər. Onlar yeddi saatda kağızı 13 dəfədən 2 dəfə çox qatladılar.

Əvvəl: Böyük Çin Səddi insanın kosmosdan görünən yeganə yaradılışıdır.

İndi: Əslində belə obyektlər çoxdur.

Çin səddinin nəinki kosmik gəmidən, hətta aydan da görünə biləcəyi barədə şayiələr 1938-ci ilə aiddir. Bu mifi 2003-cü ildə ilk dəfə Çinli astronavt pozdu. Onun sözlərinə görə, Böyük Sədd kosmosdan yalnız müəyyən şərtlər daxilində görünür və bununla yanaşı böyük magistral yollar, körpülər, hava limanları da görünür. Ancaq aydan ağ-mavi kürədən başqa heç nə görünmür.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri