21 
Sen
2019
23:02
140
46
11276
Virtual karabakh

Pivə “qarın çıxarırmı”?

21 Sen, 2019
23:02
11276

Pivə “qarın çıxarırmı”?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oktoberfest” - Almaniyada keçiriləcək pivə festivalı ərəfəsində ekspertlər pivələrin xüsusiyyətlərindən danışıblar. 

RİA Novosti” xəbər verir ki, mütəxxəsislər pivənin qarın nahiyəsində şişkinlik yaratmasına qarşı mübarizə üsulları barədə fikir mübadiləsi aparıblar.

Pivə eksperti Ştefan Hilbrandtın fikrincə, almanlar son vaxtlar alkoqol seçiminə daha ciddi yanaşırlar. Bununla belə, pivə yenə də onların sevimlisi içkisi olaraq qalır. Hilbrandt əmindir ki, pivə gələcək nəsillərə də “yoldaşlıq edəcək”, çünki o, səhhət üçün qətiyyən təhlükə törətmir.

Kalorisinə görə pivəni yalnız alma şirəsi ilə müqayisə etmək olar, “qarın çıxaran” isə pivə yox, onunla yeyilən məzələrdir.

Mütəxəssisin fikrincə, məzələri pivənin növünə uyğun seçmək lazımdır. Uzunmüddətli saxlanma müddətinə malik açıq rəngli “Pilsner”i eyni dərəcədə “saxlanmağa dözümlü” “Qauda” pendiri ilə, tünd rəngli “Sout”u isə Çili şokoladı ilə içmək məsləhətdir.

Ekspert dəmir qablarda satılan pivələrin keyfiyyətinə də aydınlıq gətirib. Onun fikrincə, dəmir qablar oskigen və işığı sevməyən pivə üçün ideal mühit yaradır.

O, isti havalarda yüngül və açıq rəngli, soyuq havalarda nisbətən ağır və tünd rəngli pivə içməyi məsləhət görür.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri