25 
Sen
2019
14:48
22
263
9836
Virtual karabakh

Timsah iki uşağı parçaladı, aqressiv begemotlar onları xilas etməyə mane oldu

25 Sen, 2019
14:48
9836

Timsah iki uşağı parçaladı, aqressiv begemotlar onları xilas etməyə mane oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keniyada timsah məktəbin ikinci və beşinci siniflərində oxuyan iki qardaşı öldürüb.

Bu barədə Keniyanın “The Standard” qəzeti xəbər verir.

Sürünənlər uşaqlara çay kənarında mal-qara otararkən hücum edib. Aqressiv begemotlar yerli sakinlərə hücum edərək itkin düşən uşaqları tapmaq və xilas etmək cəhdlərinə mane olublar.

Qardaşların qalıqlarını yalnız ertəsi gün tapmaq mümkün olub. Bu müddət ərzində çay onların cəsədini hücum yerindən təxminən iki kilometr aralıya aparıb. 

Keniyada Nil timsahlarına rast gəlinir. Uzunluğu beş metrə qədər olan timsahlar həddindən artıq aqressivdirlər və hətta qara kərgədan, zürafə, Afrika camışı və şir kimi böyük, güclü heyvanların öhdəsindən gələ bilir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri