Okt
2019
17:33
88
27
5212
Virtual karabakh

“Xəyalların vakansiyası”: Səyahət edib, pul qazanacaqlar

2 Okt, 2019
17:33
5212

“Xəyalların vakansiyası”: Səyahət edib, pul qazanacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin tur şirkətlərindən olan “The Ski Week” və “The Yacht Week” turlara gedərək sosial şəbəkə hesabları üçün foto və video çəkəcək iki işçi axtarır.

Müraciət edənlərə 1.8 min funt sterlinq (təxminən 4 min manata qədər) maaş və bütün xərclərin ödənilməsi vəd edilir. İş zamanı həmin şəxslər Kanada, ABŞ, Avstriya, Xorvatiya, Yunanıstan, Monteneqro və Böyük Britaniyanın Vircin adalarına göndəriləcək.

Vakansiya üçün tələblər müraciət edənlərin 21 yaşdan yuxarı və xarici passporta sahib olmasıdır. Xüsusi bacarıq və istedadlar tələb olunmur. Belə ki, təkcə gözəl nitqi, çəkiliş qabiliyyəti olan biri bu iş üçün uyğun hesab olunur. Müraciətlər noyabr ayının 1-nə qədər qəbul olunur.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri