Okt
2019
08:02
179
29
7723
Virtual karabakh

1896-cı il: dünyanın ən yaşlı adamı pasportunu təqdim etdi - FOTO

9 Okt, 2019
08:02
7723

1896-cı il: dünyanın ən yaşlı adamı pasportunu təqdim etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hind rahibi Svami Şivananda (Swami Sivananda) dünyanın ən yaşlı sakini adına real namizəddir.

“Daily Mail” xəbər verir ki, Kəlküttədən Londona tranzitlə səyahət edən hindin pasportu Əbu-Dabi (BƏƏ) şəhərinin hava limanı əməkdaşlarının diqqətini cəlb edib.

Sənədə əsasən Svami Şivananda 1896-cı ilin 8 avqustunda Hindistanda anadan olub. Əgər sənəddəki məlumatlar düzdürsə, 123 yaşlı Şivananda Yer kürəsinin sağ olan ən yaşlı adamı hesab edilir.

Kişi yaşından daha cavan görünür. Cavanlığın sirrini rahib yoqada, intizamda və cinsi əlaqələrdən imtinada olduğunu bildirib.

“Mən sadə qidalanıram: ancaq bişmiş, yağsız və ədviyyatsız yeməklər yeyirəm. Süd və meyvə də yeməkdən vaz keçirəm”, - deyə hindli qeyd edib.

Daha əvvəl jurnalistlərə verdiyi müsahibədə rahib bildirib ki, 5 yaşında valideynlərini itirib. Şivananda böyüdükdən sonra həyatını rahibliyə həsr etmək qərarına gəlib.

Şagirdləri ona dəfələrlə məsləhət görüblər ki, planetin ən yaşlı adamı kimi tanınmaq üçün “Ginnesin rekordlar kitabına” müraciət etsin. 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri