18 
Okt
2019
07:25
94
28
6872
Virtual karabakh

Malibuda “Barby” evi cəmi 100 manata kirayə veriləcək – FOTO

18 Okt, 2019
07:25
6872

Malibuda “Barby” evi cəmi 100 manata kirayə veriləcək – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il məşhur “Barby” kuklasının 60 illik yubileyi qeyd olunur. Bu münasibətlə “Airbnb” ev kirayəsi agentliyi aksiya keçirir.

Şirkətin “Instagram” səhifəsində “Barby” evinin kirayə verilməsi haqqında elan dərc olunub. Unikal ev Kaliforniyada Malibu çimərliyində yerləşir. Onun kirayəsi günə cəmi 60 dollara (100 manat) başa gələcək. Lakin kirayə yalnız 2 günlük nəzərdə tutulub – 27-29 oktyabr tarixlərində.

Evin kirayəsi 23 oktyabr Bakı vaxtı ilə 22:00-dan sonra mümkün olacaq, odur ki, “bron” düyməciyinə ilk basan insan bu gözəlliyə sahib çıxacaq.

Ev üçmərtəbəlidir və 4 qonaq üçün nəzərdə tutulub: içində 2 yataq və 2 vanna otağı var.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri