19 
Okt
2019
23:57
15
173
6961
Virtual karabakh

Mer şəhər sakinləri ilə görüşə öz yerinə kartondan fiqurunu göndərdi

19 Okt, 2019
23:57
6961

Mer şəhər sakinləri ilə görüşə öz yerinə kartondan fiqurunu göndərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksikanın Piçukalko şəhərinin meri ağlasığmaz addımı ilə həm özünü, həm də şəhərini sosial şəbəkələrdə məşhurlaşdırıb. 

Mer Moyses Aqilar Torres şəhər xəstəxanasındakı rəsmi tədbirdə iştirak etməli idi. Balaca şəhərin 200-ə yaxın əhalisi meri görmək üçün nəzərdə tutulan yerə gəlir. 

“Daili Mail” yazır ki, mer mərasimə öz yerinə kartondan kəsilmiş fiqurunu göndərir. Görünür, Torres karton fiqurun onu əvəz edəcəyinə əmin imiş. 

Görüş iştirakçıları karton “mer”lə şəkillər çəkdirərək narazı şərhlərlə sosial şəbəkələrdə paylaşımlar edirlər. 

Hələlik merin bu addımı niyə atdığının rəsmi səbəbi göstərilməyib. 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri