23 
Okt
2019
23:47
256
37
6416
Virtual karabakh

Rusiyanın birinci kanalı azərbaycanlı aktyorların oynadığı tarixi serial çəkir

23 Okt, 2019
23:47
6416

Rusiyanın birinci kanalı azərbaycanlı aktyorların oynadığı tarixi serial çəkir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya İstanbulda çoxhissəli “Rus əsiri” adlı tarixi dram lentə alır.

Yeni filmin baş qəhrəmanlarından biri olan Bayazid ağa rolunu oynayan məşhur azərbaycanlı aktyor Kamran Ağabalayev çəkiliş prosesi barədə danışıb.

Filmin çəkilişləri İstanbulda, XVI-XVII əsrlərin mənzərəsində davam edir: bunun üçün bütöv bir şəhər qurulub.

Filmdə gənclərlə yanaşı, tanınmış aktyorlar, eyni zamanda Serbiya, Latviya və Azərbaycandan olan tanınmış mütəxəssislər də yer alıb.

Amerikada, Türkiyədə, İranda, Belarusda olan filmin Bəyazid ağa rolunun ifaçısı, Azərbaycanın populyar aktyoru Kamran Ağabalayev hər kəsin çox şanslı olduğunu düşündüyünü bildirib:

“Əsas odur ki, çəkiliş qrupu ilk gündən ailəyə çevrilsin. Allah hər aktyora belə gözəl auraya düşməyi nəsib etsin”, - deyə Kamran Ağabalayev məkandakı atmosferdən danışarkən deyib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri