Noy
2019
22:27
25
153
10117
Virtual karabakh

Bunlar hələ də “şeytan əməli” sayılır

1 Noy, 2019
22:27
10117

Bunlar hələ də “şeytan əməli” sayılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da 1980-ci illərdə insanlar məntiqi baxımdan dərk edə bilmədikləri bütün əşyaları “şeytan əməli” adlandırıblar. Onlardan bəzilərinin adlarını sadalamaq istəyirik:

Çəngəl

VII əsrdə Yaxın Şərqdə yaranan çəngəli o dövrün insanları qəbul etməkdə çətinlik çəkdi. Belə ki, qorxulu görünüşünə görə onu “şeytan əməli” adlandırdılar. İnsanlar belə təhlükəli görünüşü olan əşyanı ağızlarına salmaq istəmirdilər.

Hətta XI əsrdə İtaliyada şəhzadənin qızıl çəngəllə yemək yeməsini insanlar dəhşətlə qarşılayır və ondan qorxmağa başlayırdılar. Şəhzadə vəba xəstəliyindən vəfat edərkən isə onun Allahın qəzəbinə tuş gəldiyi düşünülürdü.

Telefon

Xüsusən din adamları və kahinlərə görə bu şeytani ixtiranı kim evinə apararsa, onu ildırım vuracaq. İsveçdə kəndlilər telefonu olan adamların evinə ruhlar və cinlərin girdiyinə inanırdı.

Elm

Elmi kəşflər və nəzəriyyələr əksər vaxtlarda dinə qarşı çıxdığından onu “şeytan əməli” adlandırırdılar və elmlə məşğul olanları lənətləyirdilər.

Şirinlər

Şirinlərin şeytana ibadət edən kiçik, mavi cinlər olduğuna inanılır. Belə ki, 2008-ci ildə bir şirin kuklasının uşağı dişlədiyinə dair xəbər də yayılmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri