Noy
2019
07:43
97
49
6955
Virtual karabakh

Dərin yuxunun faydası açıqlandı

3 Noy, 2019
07:43
6955

Dərin yuxunun faydası açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yuxu rejiminin pozulması “Alzheimer”  xəstəliyinin inkişafına səbəb ola bilər.

Bir qrup alimin apardığı bu araşdırmanın nəticəsi “Science” jurnalında yerləşdirilib.

Alimlərin verdiyi məlumata görə, dərin yuxu insan üçün faydalıdır, belə ki, bu müddət ərzində onurğa beyni mayesi hər 20 saniyədən bir beyini yuyur.

Alimlərin paltaryuyan maşının işi ilə müqayisə etdikləri məhz bu proses, demensiyaya (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi – red.) cavabdeh olan beta-amiloid zülallarını beyindən yuyub çıxarır. 

“Alzheimer” xəstəliyi yaddaş, koqnitiv bacarıqlar və özünəxidmət bacarıqlarının itməyi ilə xarakterizə olunur. Statistikaya görə, 85 yaşına çatmış insanların təxminən üçdə biri bu xəstəlikdən əziyyət çəkə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri